Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ərazilərinin minalardan təmizlənməsində BƏƏ-nin beynəlxalq dəstəyə qoşulması məsələsi müzakirə olunub

Azərbaycan ərazilərinin minalardan təmizlənməsində BƏƏ-nin beynəlxalq dəstəyə qoşulması məsələsi müzakirə olunub


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Mahir Əliyev BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xarici yardımlar üzrə məsələlər idarəsinin rəisi cənab Raşid Mohamed Əl-Hemeiri ilə görüşüb.

Newscenter.az bu barədə məlumatı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə istinadən verib.

Bildirilib ki. görüşdə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi istiqamətində BƏƏ-nin beynəlxalq dəstəyə qoşulması məsələsi müzakirə olunub.

Anar
Xəbəri paylaş