Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hadrutun fəthi 44 günlük müharibə xronologiyasında ən şərəfli səhifələrdən biri kimi tarixə düşdü

Hadrutun fəthi 44 günlük müharibə xronologiyasında ən şərəfli səhifələrdən biri kimi tarixə düşdü


"Hadrutun işğaldan azad olunmasından iki il ötür. Əzəli torpağımız olan Ağoğlanı azad etməklə Azərbaycan Ermənistanın hərbi-siyasi mövqeyini daha da zəiflətdi, habelə, informasiya müharibəsində aşkar üstünlüyə nail oldu".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, əsgərlərimizin 28 il sonra Hadrutda Azərbaycan bayrağını yenidən ucaltması, buradan ölkə Prezidentinə məruzə etməsi ilə qəsəbənin Ermənistanın nəzarətində qaldığını bəyan edən Paşinyan və komandasının yalançılığı, saxtakar təbliğat maşını ifşa olundu:

"Bir sözlə, Hadrutun fəthi 44 günlük müharibə xronologiyasında starteji əhəmiyyətə malik ən şərəfli səhifələrdən biri kimi tarixə düşdü. Bu şərəfli təqvimdə bütün şəhidlərimizə, o cümlədən də Hadrut uğrunda canından keçən oğullarımıza Allahdan rəhmət diləyirik. Eşq olsun Müzəffər Ali Baş Komandana və Onun Hadrut fatehlərinə".

Mehman
Xəbəri paylaş