Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETD) Zirvə Toplantısının iştirakçıları tərəfindən forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı qərar qəbul olunub.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 13-də Astanada keçirilən təşkilatın sammitində bildirib.
Qazaxıstanın 2020-ci ildən bu quruma sədrlik etdiyini xatırladan Tokayev bildirib ki, AQFETD-in (CICA) statusunun beynəlxalq təşkilata transformasiyası ilə bağlı Astana bəyanatı qəbul olunmuş sayılır.
Qeyd edək ki, oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısı keçirilir.