Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Danimarka markası Carlsberg 175 illiyini qeyd etdi

Danimarka markası Carlsberg 175 illiyini qeyd etdi


Pivə ... çoxdan bəşər sivilizasiyası tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Hələ eramızdan altı min il əvvəl (arxeoloqların sübutuna əsasən) köpüklü içkinin insanların susuzluğunu yatırdığını və onlara qüvvət verdiyini təsəvvür edəndə, ona hörmətlə yanaşmamaq mümkün deyil. Şübhəsiz, pivə istehsalını dünya mədəni irsinə daxil etmək olar. Çünki bu ayrıca bir sənətdir ki, burada inqrediyentlərin və fermentasiya vaxtının vəhdəti sənətkarın xüsusi sevgi və maraqla şah əsərinin yaradılışında riyazi dəqiqliklə hesablanmış ardıcıllığı təcəssüm edir.
Tarixçəsi Kopenhagen şəhərində pivəbişirənlərdən birinin oğlu Yakob Kristian Yakobsenin tanınmış Qabriel Sedlmayerdan peşə incəliyini öyrənmək üçün Münhen şəhərinə yollanmasından başlamışdır. Ailə rəvayətinə görə, geri qayıtdıqdan sonra ilk lageri Yakob öz anasının mis qabında hazırlamışdı. Bundan sonra isə yenidən Sedlmayerin yanına qayıdıb iki qab maya əldə edə bilmişdi.

Danimarka markasının rəsmi yaranış ili 1847-ci il oldu. Belə ki, həmin il pivə aşiqi Yakobsen dünyanın, çox güman ki, ən yaxşı Pilsneri üçün hazırda Frederiksberg Hill kimi tanınan təpənin suyunun yüksək keyfiyyətini seçərək şəxsi zavodunu təsis etdi. Yeni müəssisəyə Yakobsen beş yaşlı oğlu “Karl”-ın adı və “Bjerg” sözünün kombinasiyasını istifadə edərək “Carlsberg” (Danimarka dilində “Karlın dağı” deməkdir) adı verdi.

Carlsberg banisi Yakob Kristian Yakobsen öz salamlama nitqində bunlarla yanaşı Carlsberg markasının yaranışının tarixi mərhələlərindən, axtarışlardan və inkişafından bəhs etmişdir. Yakobsen obrazında Azərbaycanın tanınmış aktyoru Şahin Sərkərov çıxış etmişdir. Bu maraqlı hekayəni dinləyən qonaqlar sanki keçmişə səyahət etdilər və Carlsberg üçün ən dəyərli ümumdünya rəğbətinin rəmzi olan köpüklü tacı ilə Danimarka şah əsərinin doğum atmosferinə daldılar.

Ona layiq olmaq – elmi yanaşmaya əsaslanan Carlsberg ideologiyası və pivəbişirmədə yeni texnologiyalar ilə daim təsdiqlənən əsas postulatdır. Yakobsenin öz varislərinə etdiyi vəsiyyətindən bu sözlər Carlsberg şirkətinin baş ofisinin girişi üzərində həkk olunub:

“Anlıq bir səmərə əldə edilməməsinə baxmayaraq, pivə istehsalatı işində daimi məqsəd pivəbişirmə sənətini mümkün olan ən mükəmməl səviyyəyə çatdırmaq olmalıdır ki, bizim pivəbişirmə müəssisəsi və onun məhsulları başqaları üçün nümunə olsun və öz nümunəsi ilə ölkəmizdə pivəbişirmə sənətini şərəfli və yüksək səviyyədə saxlamağa kömək etsin”.
Xəbəri paylaş