Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin Qırğızıstana dövlət səfəri səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhfə verəcək

İlham Əliyevin Qırğızıstana dövlət səfəri səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhfə verəcək


Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhfə verəcək. Ölkə başçımız, cənab prezident İlham Əliyev hər zaman olduğu kimi Qırğızıstan Respublikasında da yüksək səviyyədə və böyük hörmətlə qarşılandı. Səfər çərçivəsində Azərbaycan Lideri Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimlərində iştirak etdi, əhəmiyyətli görüşlər keçirdi və ölkələrimizin milli maraqlarına xidmət edən doqquz mühüm sənəd imzalandı.

Azərbaycanla Qırğızıstan arasında qədim tarixə malik, iqtisadi və mədəni əlaqələr, dostluq münasibətləri mövcuddur. Bu münasibətlər günbəgün inkşaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda hər iki ölkə, hər zaman beynəlxalq miqyasda bir-birini dəstəkləmişdir. Ölkələrimiz arasındakı əlaqələrin belə yüksək səviyyədə olması və daima inkşaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin və Qırğızıstan Respublikasının prezidenti cənab Sadır Japarovun həyata keçirdiyi uğurlu və müdrik siyasətin nəticəsidir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ümumilikdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri, Azərbaycanla Qırğızıstan arasındakı mövcud əlaqələrin inkşafı və iki ölkə arasında yeni-yeni əməkdaşlıq perspektivləri baxımından xeyli səmərəli və məhsuldar oldu:

“Bu gün ölkəmizdə həyata keçirilən müdrik, uzaqgörən xarici siyasət nəticəsində dünya ölkələri Azərbaycanla yeni-yeni əlaqələr qurmağa və mövcud əlaqələri daha da dərinləşdirməyə can atır. Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da yaxından və fəal əməkdaşlıq edir, sülhə, inkşafa hesablanmış təşəbbüslərlə çıxış edir. Eyni zamanda ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünya miqyaslı layihələr icra edir. Bu nümunəvi, olduqca fəal və əsasında milli maraqlarımızın dayandığı xarici siyasət kursunun müəllifi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Ölkə başçımızıın həyata keçirdiyi, dünya ölkələrinə nümunə olacaq bu müdrik və mükəmməl xarici siyasət nəticəsində bu gün Azərbaycan öz gücü, qüdrəti və yüksək mövqeyi ilə seçilən lider ölkələr sırasındadır.”

Ruhiyyə
Xəbəri paylaş