Səhər saatlarında Ukraynanın Kiyev vilayətinə kamikadze dronları hücum edib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Oleksiy Kuleba teleqramda yazıb.
“Kiyev vilayəti! İcmalardan birinə zərbə endirilib. İlkin məlumata görə, kamikadze dronlarının hücumudur. Xilasedicilər hadisə yerində işləyirlər”, - O.Kuleba qeyd edib.
Eyni zamanda o, vilayət sakinlərini həyəcan siqnalı sona çatanadək sığınacaqda qalmağı və hava zərbələrinin endirildiyi yerlərin şəkillərini sosial şəbəkədə yaymamağa çağırıb.