Xəzər dənizində zəlzələ olub.
Bu barədə Newscenter.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 03:52-də qeydə alınan yeraltı təkanın ocağı 62 kilometr dərinlikdə olub.
Zəlzələnin maqnitudası 3-ə bərabər olub.