Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda türk dövlətlərinin din xadimlərinin beynəlxalq konfransı keçiriləcək

Bakıda türk dövlətlərinin din xadimlərinin beynəlxalq konfransı keçiriləcək


Oktyabrın 21-də Gülüstan sarayında “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Newscenter.az xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları bir araya gələcəklər.

Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq.

Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.
Xəbəri paylaş