Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur


Oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 2 ili tamam olur. Artıq digər bölgələrimiz kimi Füzulinin də işğal tarixini deyil, işğaldan azad edilməsi tarixini qeyd edirik. Bu, bütün xalqımız üçün qürurverici haldır.

Füzuli rayonun işğal olunması 1993-cü ildə ölkəmizdə daxili qeyri-sabitliyin hökm sürdüyü şəraitdə baş vermişdi. Amma həmin il ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ermənistanın təxribatlarına cavab olaraq Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını ataraq qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək. təsadüfi deyil ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Bu bölgədə yüz mindən çox mina basdırılıb. Hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bu işlər cənab Prezidentin şəxsi nəzarətindədir. Hazırda Füzuli şəhərində bir sıra obyektlərin tikintisi davam etdirilir. Bu möhtəşəm işlər nəticəsində Füzuli şəhəri və rayonun kəndləri yaxın dövrdə bərpa olunacaq və insanlar öz doğma yurdlarına qayıdacaqlar.

Fatma Yıldırım-Milli Məclisin deputatı
Xəbəri paylaş