Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makronun Azərbaycana qarşı riyakarlığı

Makronun Azərbaycana qarşı riyakarlığı


Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı riyakar, haqsız və yalanlarla dolu son açıqlaması böyük təəssüf doğurur. Müsahibə zamanı Makronun Ermənistanın hər zaman regionda sülh və tolerantlıq uğrunda mübarizə apardığını deməsi isə biabırçılığın pikk həddidir. Maraqlıdır, Makron hansı məntiqlə və ağılla seperatizmi və terroru dövlət səviyyəsində dəstəkləyən, regionda sülhə qarşı təhdid olan təxribatçı Ermənistan dövlətinin sülh və tolerantlıq uğrunda mübarizə apardığını deyə bilər?! Bu gün Ermənistan dünya miqyasında işğalçı və terroru dəstəkləyən ölkə kimi tanınır. Yalanları sərhəd tanımayan Makron, müsahibəsi zamanı hətda Azərbaycanı iki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə baş verməsinə görə də qınamaqdan çəkinmir. Şanlı Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanaraq, 21-ci əsrin müharibəsini apararaq öz ərazi bütövlüyünü bərpa etdi və bu ərazilər beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ümumi olaraq Makronun biabırçı və qərəzli müsahibəsinin iki əsas səbəbi var:

Birincisi danışıqlar prosesindən kənarda qalan Fransa yenidən danışıqlar prosesinə qoşulmaq, vasitəçilik missiyasını icra etmək istəyir; İkincisi Azərbaycanın sürətli inkşafı, günü gündən dünya miqyasında nüfuzunun artması Ermənistanla yanaşı Fransanı da narahat etməyə başlayıb. ATƏT-in Minsk Qrupunun həmsədri olduğu müddət ərzində ədalətsiz və yarıtmaz fəaliyyəti ilə yadda qalan Fransanın yenidən vasitəçilik etməsi mümkün deyildir: “Birmənalı şəkildə hər kəs anlamalıdır ki, tarixi ədaləti özü təkbaşına bərpa edən və İlham Əliyev kimi müdrik, uzaqgörən, ölkəmizin milli maraqları və inkşafı üçün gecə-gündüz yorulmadan çalışan bir Lideri olan Azərbaycanın heç bir vasitəçiyə ehtiyacı yoxdur. Ali Baş Komandanımız nəyi, necə və nə zaman etməli olduğunu çox gözəl bilir.”

Ruhiyyə
Xəbəri paylaş