NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Laçın dəhlizindən foto paylaşaraq təxribatçı açıqlamalar edib.
O arxasında cırılmış erməni bayrağı olan fotosunun başlığında qeyd edib ki, Azərbaycan Laçın dəhlizini bloklayıb, 120 min sakin zəruri məhsullardan məhrum edilib.
Nədənsə, bu rəqəm heç dəyişmir. Heç bir rəsmi əsası olmayan, rəsmi sənədlərə söykənməyən rəqəmlərin bu cür siyasətçilər tərəfindən səsləndirilməsi, ən azından məsuliyyətsizlikdir.
Ya da, keçmiş Baş katibin yeni işi bundan ibarətdir. Rasmussen ermənilərin PR maşını olmaq istəyir. Əldə olunan məlumatlara görə, onun Ermənistana səfərləri tez-tez olur, lakin bunlar mediaya açıqlanmır.
Ermənistan PR menecer seçəndə bir az diqqətli olmalı idi. Çünki üzvü olduğu KTMT ölkələrinə qarşı xəyanət etmək ona baha başa gələcək. Rasmussen NATO infrastrukturunun Ermənistana gətirilməsinə cavabdeh şəxs kimi bilinir. Amma onun yalan iddiaları və erməni təxribatına uyması, pul qarşılığında verdiyi açıqlamalar üzvü olduğu təşkilatın imicinə böyük zərbədir.
Ermənistanın isə KTMT ilə bağlı qeyri-müəyyənliyi artıq onun böyük qardaşı Rusiyanı da narahat etməyə başlayıb. Regiona Aİ missiyasını gətirmək, NATO-nun keçmiş Baş katibi ilə iş birliyi etmək Ermənistanın Rusiyaya qarşı növbəti arxadan zərbəsidir. Yaxın zamanlarda Ermənistanın cəzalandırılmasının şahidi ola bilərik.
Fikrət Əliyev