Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı

Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı


Qeyri-sabit hava şəraiti paytaxtda bir sıra problemlərə yol açıb. Belə ki, dünən axşamdan başlayan güclü külək və yağışlar Bakı sakinlərinə ciddi ziyan vurub. Belə ki, paytaxtın Yasamal rayonu ərazisində, metronun Elmlər Akademiyasının yaxınlığında külək iri gövdəli ağacı yaxınlıqdakı avtomobilin üzərinə aşırıb.

Avtomobil sahibinin yaxınlarının Newscenter.az-a verdiyi xəbərə görə, nəticədə avtomobilin ön hissəsi ciddi şəkildə zədə görüb və əzilib. Xoşbəxtlikdən hadisə baş verən zaman avtomobilin içərisində heç kim olmayıb.

NEWSCENTER.AZ
Xəbəri paylaş