Koronavirus pandemiyası başlayan gündən bu yana Azərbaycana 18,1 milyon doza vaksin gətirilib.
Newscenter.az xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
O xatırladıb ki, pandemiya müddətində TƏBİB tabeliyində olan tibb müəssisələrində yüksək keyfiyyətli avadanlıqla təmin olunan 14 PZR laboratoriyaları fəaliyyətə başlayıb:
"Koronavirusla mübarizə üzrə səfərbər edilmiş 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub.Ümumilikdə, ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilib və ölkəyə 18.1 milyon doza vaksin gətirilib".
O bildirib ki, xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib:
"Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb".