Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasəti bu iclasda da qalib gəldi

Azərbaycanın xarici siyasəti bu iclasda da qalib gəldi

 
30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə , Təhlükəsizlik Şursının sədrinin bir sıra bəyanatlarına məhəl qoymayan Ermənistan beynəlxalq təşkilatların sözünün kəsərsizliyinə görə hələ də çirkin siyasi xəttindən əl çəkməyib. BMT Təhlükəsizlik Şurasının yerinə yetirə bilmədiyini Azərbaycan Ordusu 2023-cü il noyabrın 10-da yerinə yetirdi. İşğal sona çatdı. İndi BMT Təhlükəsizlik Şurasının 2023-cü il avqustun 16-da keçirilən növbədənkənar iclası dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

İkinci Qarabağ mühribəsində Azərbycan Ordusunun tarixi qələbəsi üçtərəfli Bəyanatla rəsmiləşdirildi. Ancaq Ermənistan bu Bəyanatın şərtlərinə əməl etmir, Kəlbəcərdə, Laçında müxtəlif  miqyaslı təxribatlar törədib, təxribatlarını hələ də təkrarlamaq niyyətdədir.
Ermənistanın siyasi avantürasının qarşısı hələ ki, alınmayıb.

Ermənistan Azərbaycana qarşı siyasi iddialar irəli sürməkdədir. Bu iddiaların heç bir əsası olmasa da dünyanın bəzi liberal dövlətləri bu iddiaları dəstəkləyir. Belə olmasaydı Ermənistan xarici siyasətini Azərbaycanla, Azərbaycanın əraziləri ilə qurmazdı. Əsassız, heç bir gerçəkliyə əsaslanmayan iddia belə bir dövlətin nüfuzunu daha da azaltmayacaqmı? Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya almasını, Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının 2023-cü il avqustun 16-da keçirilən növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın iftiraya əsaslanan tezislərini dəstəkləmədi, Azərbaycana qeyd edilən iddialarla bağlı ittiham irəli sürmədi. Ədalət naminə belə etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin uğurudur.

Mövcud olmayan hadisədən, faktdan nə danışıla bilər? Özünə, özünün siyasi kursuna, dövlətlərarası münasibətlərə hörmətlə yanaşan dövlət mövcud olmayan hadisədən, faktdan söz açmaz. Təhlükəsizlik Şurasının 2023-cü il avqustun 16-da keçirilən növbədənkənar iclasında da müzakirədə iştirak edən dövlətlərin heç biri ermənilərin iddia etdikləri kimi xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən və s. söz açmadılar.

BMT Təhlükəsizlik Şurasında müzakirələrdən əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo  qərəzli və faktlara əsaslanmayan hesabat hazırlamışdı. Maraqlı tərəflər – Ermənistan və Ermənistanın xarici siyasətindən “göyərdilmiş” Dağlıq Qarabağ rejimi bu hesabata əsaslanıb geniş miqyaslı kampaniyalar aparırdı. Bu kampaniyaların hüdudları Yerevandan kənara çıxmayıbmış. Bu beynəlxalq təşkilatın növbədənkənar icalsında məruzəçi dövlətlərin heç biri Ocamponun qərəzli hesabatını ciddiyə almayıbmış, ona məhəl qoymayıbmış (ciddi tədbirlərdə cəfəngiyyatlara yer olmur!). Ona görə də əksər ölkələr bu haqda heç nə demədi. Ocamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Dikson bu hesabatın əsassızlığını təsdiqlədi.

Növbədənkənar iclasda Ağdam-Xankəndi yolunun açılmasının gərəkliyi vurğulandı, məruzəçi dövlətlər Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünü bildirdilər.

Bu iclas Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.

Ermənistanın siyasi şantajı iflasa uğradı. Dünyanın bəzi iri dövlətləri belə şantajların nəticələrini görməməsi siyasi gecəkorluğudur. Azərbaycanın xarici siyasəti bu iclasda da qalib gəldi...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş