Bakıda keçiriləcək COP29 Zirvə ssammitinə çox az bir müddət qalır.
Belə bir mötəbər tədbirin əhəmiyyəti haqqında təəssüf ki, hələ də cəmiyyətdə lazımi bilgilər yoxdur. Ona görə də bu məlumatsızlıqdan istifadə edən bəzi qüvvələr bu tədbiri hökumətin öz şəxsi imitasiyası üçün təşkil etmək məqsədi güddüyünü iddia etməyə çalışırlar.
Amerika və Avropadakı anti-azərbaycan dairələr və erməni lobbisinin COP29-la bağlı təxribatlarına dəstək verən Əli Kərimli kimi xainlərin də son günlər qara piar aparması buna xidmət edir. Əlbəttə, belə cəfəng fikirlər, iddiaların heç biri əsası yoxdur və COP29 Azərbaycanla yanaşı, bütün bəşəriyyət üçün həyatı vacib proqramdır, ümumdünya prosesidir.
COP nədir?
COP 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası əsasında ali qərarların verilməsi üçün yaradılmış qurumdur. 198 ölkənin təmsil olunduğu COP-un məqsəd və missiyası qlobal istiləşməyə qarşı dünya dövlətlərini bir araya gətirməkdir.
Hazırda bütün bəşəriyyətin üzləşdiyi ən ağır bəlalardan biri qlobal istiləşmədir. Qlobal istiləşmənin artmasının səbəbi isə ekoloji tarazlığın pozulmasıdır, karbon dioksid (CO2) qazını nhavaya buraxılışıdır.
Məsələ ondadır ki, bu gün dünyada ətraf mühitə buraxılan zərərli tullantıların, karbon qazının payına görə, Azərbaycan dünyada ən zərəsiz ölkələrdən biridir. Dünya üzrə karbon emissiyasının cəmi 0,13 faizi Azərbaycanın payına düşür.
Ətraf mühiti çirkləndirənlər isə inkişaf etmiş dövlətlərdir.
Təkcə ABŞ ildə 5 milyard ton, Hindistan 2 milyard ton, Yaponiya 1 milyard ton CO2 buraxır. Ümumilikdə, 10 inkişaf etmiş ölkənin bütün karbon-dioksid emissiyasında payı 67 faizdir.
İqlim dəyişikliklərində əsas məsuliyyət də onların üzərinə düşür, COP-la bağlı tədbirlər onlar üçün daha aktual olmalıdır.
Bir müddət əvvəl BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibi Simon Stiell demişdi ki, böyük dövlətlər iqlim dəyişiklikləri ilə mübarizədə məqsədlərə çatmaq yolunda deyil, digər ölkələr, o cümlədən Azərbaycanın iradəsi isə göstərir ki, onlar qlobal məsələlərdə daha həssasdır.
Azərbaycan bu gün ətraf mühitə ən az zərər verən ölkə olsa da, beynəlxalq həmrəylik nümayiş etdirərək ekoloji problemlərin qarşısını almaq üçün liderlik edir, qətiyyətli təşəbbüslər irəli sürür.
Məhz bu baxımdan da COP29 Azərbaycandan daha çox dünyanın iri və inkişaf etmiş ölkələrinə lazımdır, onların görə bilmədiyi və ya görmək istəmədiyi hədəfləri Azərbaycan həyata keçirir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor