Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici siyasətimizin növbəti uğuru

Xarici siyasətimizin növbəti uğuru


"Azərbaycanla yaxın dostluq və qardaşlıq münasibətində olan ölkələr sırasında Mərkəzi Asiya ölkələri xüsusi yer tutur. Bu gün Azərbaycanla strateji müttəfiqliyin bir addımlığında olan Birləşmiş Ştatlar Mərkəzi Asiyada öz mövqelərini möhkəmləndirməkdədir. Mərkəzi Asiya ölkələri özlərinin qərblə münasiubətlərinin uğurlu davamına Azərbaycan müstəvisindən baxırlar. Bu ən doğru seçimdir".

Newscenter.az xəbər verir ki, bunları iqtisad elmləri doktoru, profrssor Fikrət Yusifov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə tamhüquqlu üzv olmasını şərh edərkən səsləndirib. O bildirib ki, şərqlə qərbi birləşdirən ən sərfəli sayılan Orta Yol məhz Azərbaycan üzərindən keçir:

"Bu isə sadəcə bir yol deyil. Dünya ticarətinin inkişafında, Mərkəzi Asiya ölkələrinin qərb dünyası ilə ticarət və iqtisadi əlaqələrinin inkişafında Orta Yolun misilsiz rolu olacaqdır".

Fikrət Yusifov qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət platformasında tamhüquqlu iştirakçı statusu əldə etməsi xarici siyasətimizin növbəti uğurudur:

"Mərkəzi Asiya ölkələrinin məşvərət platformasında qəbul edilən bu qərar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək, Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına əlavə töhfə verəcəkdir".

Süleyman
Xəbəri paylaş