
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Zaqatalada keçiriləcək.
Newscenter.az"Azəriqaz"a istinadən xəbər verir ki, "Azəriqaz"ın baş direktoru Azər Məmmədovun Zaqatala rayonunda vətəndaş qəbulu noyabrın 21-də saat 11:00-da Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati binasında (Ünvan: Faiq Əmirov küçəsi, dalan 1/11) baş tutacaq.
Görüş zamanı Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-94-21; 050-845-71-02) müraciət edə bilərlər.
Qurum vətəndaşların nəzərinə çatdırır ki, noyabrın 28-nə nəzərdə tutulmuş vətəndaş qəbulu noyabrın 21-nə keçirilib.
Süleyman










































