
Ukrayna ilə bağlı danışıqlar prosesini dəstəkləyirik.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev Mərkəzi Asiya-Avropa İttifaqı sammitində çıxışı zamanı deyib.
"Qazaxıstan istənilən münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ona görə də biz Ukrayna ilə bağlı danışıqların başlanmasını alqışlayırıq. Biz başa düşürük ki, məsələ mürəkkəbdir. Bununla belə, ümid edirik ki, gərginlik müsbət həllini tapacaq", - prezident deyib.
Tokayev BMT Baş Assambleyasının Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün davamlı inkişaf məqsədləri üzrə regional mərkəzin yaradılması haqqında qətnamənin yekdilliklə qəbul edildiyini də qeyd edib və Qazaxıstanın təşəbbüsünü dəstəklədiklərinə görə görüş iştirakçılarına minnətdarlığını bildirib.
Mehman Mehdiyev













































