
Yaponiya Litvaya iki döyüş mühəndisi göndərməyi planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, burada onlar Ukrayna hərbçilərinin təlimində iştirak edəcəklər. Bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani məlumat verib.
"Bu, Ukrayna xalqının humanitar vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş çox mühüm təşəbbüsdür", - deyə məlumatda bildirilib.
Yaponiya hakimiyyəti bundan əvvəl Ukraynaya minalardan təmizləmə yardımı göstərib. Onlar minaları yüksək dəqiqliklə aşkar etməyə imkan verən dörd ALIS sistemi, həmçinin 50 metal detektoru hədiyyə ediblər.
Mehman Mehdiyev