Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəza nəticəsində şəhid olan hərbi qulluqçular yalnız Türkiyənin deyil, bütün türk dünyasının qəhrəman övladlarıdır

Qəza nəticəsində şəhid olan hərbi qulluqçular yalnız Türkiyənin deyil, bütün türk dünyasının qəhrəman övladlarıdır


"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarənin qəzaya uğraması ilə bağlı xəbəri dərin kədər və sarsıntı hissi ilə qarşıladıq. Qəza nəticəsində şəhid olan hərbi qulluqçular yalnız Türkiyənin deyil, bütün türk dünyasının qəhrəman övladlarıdır".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncədəki Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev səsləndirib. O qeyd edib ki, onların vətənə, bayrağa sədaqəti bir daha türk millətinin şərəf və mərdlik yolunu göstərdi:

"Azərbaycan və Türkiyə arasında tarixi, qardaşlıq və müttəfiqlik bağları əsrlərin sınağından keçmiş, qanla möhürlənmiş bir birlikdir. Bu ağır gündə türk xalqının kədəri bizim üçün də ortaq dərddir. Biz hər zaman olduğu kimi bu gün də qardaş ölkənin yanındayıq.

Şəhid olanlara Uca Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir və mənəvi güc arzulayıram.

Başımız sağ olsun".

Süleyman
Xəbəri paylaş