Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara etibarlı tərəfdaş və müttəfiqdir

Ankara etibarlı tərəfdaş və müttəfiqdir


"Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir".

Newscenter-az xəbər verir ki, bunu təqaüddə olan general, strateji tədqiqatlar və siyasi elmlər sahəsində tədqiqatçı və yazar olan təqaüddə olan Səudiyyə Ərəbistanı generalı Məhəmməd Saleh əl-Hərbi Qətərdə yerləşən "Əl-Cəzirə" televiziyasında qatıldığı bir proqramda çıxışı zamanı deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı-Türkiyə münasibətləri çox inkişaf etmiş səviyyədədir:

"Türklərin Səudiyyə Ərəbistanında böyük layihələri var. Əslində, Səudiyyə Ərəbistanı hərbi sahədə Baykarla tərəfdaşlıq edib".

Səudiyyəli general qeyd edib ki, Türkiyə NATO-da güclü ölkələrdən biridir və Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı regional səviyyədə güclərini möhkəmləndirir, strateji balansa uyğun hərəkət edirlər.

Süleyman

Xəbəri paylaş