Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaşlıq nümunəsi

.
Qardaşlıq nümunəsi


"Azərbaycan və Özbəkistan eyni kökə, dilə, dinə, mədəniyyətə, qədim tarixi və ənənələrə malik qardaş ölkələrdir. Hər iki respublika keçmiş SSRİ dövründə çox yaxşı əlaqələrə malik olub, dar gündə bir-birinə arxa durub.

Ötən əsrin 30-cu illərində qırmızı imperiyanın kütləvi repressiyaları zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir".

Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra öz qardaşlıq borcunu yerinə yetriən ilk respublika da Azərbaycan oldu, Daşkəndin bərpasında azərbaycanlılar gecə-gündüz çaılışdılar:

"Özbəkistan da hər zaman öz qardaşlığını əsirgəməyib, Azərbaycan 30 il ağrılı Qarabağ problemini yaşadığı vaxtlarda yanımızda olub, haqq işimizə, tarixi ədalətin bərpa olunmasına dəstəyini verib, təcavüzkar Ermənistanın işağlçı siyasətinə etiraz edib.

Torpaqlarımız azad edildikdən sonra Özbəkistan Qarabağın quruculuğunda yaxından iştirak etməkdədir".

Vaqif Abdullayev qeyd edib ki, münasibətlərin inkişafında hər iki ölkənin rəhbəri - Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, yaxın dostluğu mühüm rol oynayır:

"Hər iki ölkənin rəhbəri tərəfindən son 5 ildə 15 qarşılıqlı səfər baş tutub. Son beş ildə Azərbaycan Prezidenti ümumilikdə qardaş ölkəyə yeddi səfər edib. Ötən ilki səfərlər isə çox mühüm tarisi-siyasi hadisələrlə yadda qaldı, çox mühüm sənədlər imzalandı ki, onların sırasında “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”sini xüsusi qeyd etmək olar. Bu iki sənəd dövlətimiz arasında müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi, əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı".

Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan həm də Mərkəzi Asiya ölkələri arasında etibarlı körpüdür:

"Ötən il Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşündə tamhüquqlu üzv olmaqla “C5” formatını “C6” formatına çevirdi, yeni əməkdaşlıq modeli quruldu.. Bu, model Özbəkistan və Azərbaycan arasında əlaqələrin inkişafına da öz dərin töhfəsini verəcək".

Süleyman
Xəbəri paylaş