Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litva miqrantları geri qaytarır

Litva miqrantları geri qaytarır


Litva hakimiyyəti Avropa İttifaqını siyasi təzyiq tətbiq etməklə yanaşı, Aİ-yə girişi qadağan edilmiş miqrantların geri qaytarılması ilə bağlı üçüncü ölkələrlə daha fəal əməkdaşlıq etməyə çağırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Baltikyanı respublikanın daxili işlər naziri Martynas Katelinas bildirib.

Nazirliyin bəyanatında Katelinasın Lüksemburqda keçirilən Aİ ədliyyə və daxili işlər nazirlərinin görüşündə dediyi sözlərdən sitat gətirilir:

"Miqrantların geri qayıtması ilə bağlı müzakirələrdən nəticəyə keçməyin vaxtıdır. Bir şəxsin Aİ-də qalmaq hüququ olmadığı barədə qərar qəbul edilərsə, üzv dövlətlər bunu həyata keçirə bilməlidirlər. Bu, belə miqrantların gəldiyi ölkələrə daha çox siyasi təzyiq tələb edir".

Baltikyanı respublikanın daxili işlər nazirinin sözlərinə görə, miqrasiya riskləri Aİ sərhədlərinə çatmazdan əvvəl müəyyən edilməli və həll olunmalıdır.

Anar
Xəbəri paylaş