Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan-İran biznes forumu keçiriləcək

Özbəkistan-İran biznes forumu keçiriləcək


Oktyabr ayında Özbəkistan və İran sahibkarları arasında biznes forum keçiriləcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın Ticarət və Sənaye Palatasının mətbuat xidməti məlumaat yayıb.

Qeyd edək ki, avqustun 5-də Özbəkistanın Ticarət və Sənaye Palatası ilə İranın Təbriz şəhərinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında görüş keçirilib.

Görüş zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, o cümlədən iki ölkənin sahibkarları arasında möhkəm əlaqələrin qurulması məsələlərini müzakirə ediblər.

Həmçinin məlumat verilib ki, Təbriz Ticarət və Sənaye Palatasının sədr müavini Səməd Həsənzodanın cari ilin 2-5 oktyabr tarixlərində Özbəkistana növbəti səfəri çərçivəsində biznes forum və B2B görüşlərinin təşkili nəzərdə tutulub. Görüşdə, qadın sahibkarların iştirakı ilə ayrıca sessiyanın keçirilməsi təklifi də irəli sürülüb.

Süleyman
Xəbəri paylaş