Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın təşəbbüsü təqdirəlayiqdir

Trampın təşəbbüsü təqdirəlayiqdir


"Qlobal müstəvidə ziddiyyətlərin və onlardan qaynaqlanan münaqişələrin artdığı bir dövrdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində tarixi anlar yaşanır. Birləşmiş Ərəb Əmirliklərinin ardınca Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin planlanan görüşü sülh danışıqlarında konkret nəticələrə hesablanmış ritorikanın göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, ABŞ prezidenti Donald Trampın səyi, təşəbbüsü təqdirəlayiqdir:

"İndi ABŞ üçün regionda əlverişli siyasi mühit formalaşıb. Heç kimə sirr deyil ki, İkinci Qarabağ Müharibəsinə qədər Vaşinqton regionda əhəmiyyətli təsir dairəsinə malik deyildi. İndi isə Azərbaycan reallığında formalaşan yeni geosiyasi konfiqurasiya Ağ Evə yeni əməkdaşlıq perspektivləri yaradır".

Pərviz Mirizadə deyib ki, Donald Trampın Nobel Sülh Mükafatına iddiası onun regiondakı maraqları ilə paralel şəkildə inkişaf edir:

"Cənubi Qafqaz və onun dominant gücü olan Azərbaycan Orta Dəhliz üzərində əvəzsiz və alternativi olmayan mövqeyə malikdir. Rusiya və İranla bağlı proseslərə görə Şimal və Cənub dəhlizlərinin faktiki vəziyyəti bəllidir. Belə olduğu təqdirdə, Orta Dəhlizin iqtisadi perspektivləri Vaşinqton üçün cəlbedicidir. Təbii ki, burada Rusiya ilə yaşanan rəqabətin də müəyyən qədər öz rolu vardır. Ancaq sülh naminə istənilən aktivlik müsbət haldır".

Süleyman
Xəbəri paylaş