
"ABŞ prezidentinin iştirakı ilə avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Vaşinqtonun təşəbbüsü ilə keçiriləcək görüşdə Zəngəzur dəhlizinin açılması və ABŞ -ın bu yola nəzarəti razılaşdırılacaq".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, həmçinin, sülh müqaviləsinin mətninin paraflanması gözlənilir:
"Amma, yekun sülh müqaviləsinin bağlanması polemikadır. Çünki, Azərbaycanın iki şərti yerinə yetirilməyib. Buna baxmayaraq regional və beynəlxalq müstəvidə proseslərin dəyişməsi, Yekun sülh müqaviləsinin bağlanmasını labüd edir".
Politoloq deyib ki, Vaşinqton və Yerevan Yekun sülh müqaviləsinin bağlanmasında maraqlıdır:
"Amma, Azərbaycanın iki şərti strateji önəm daşıyır. Buna baxmayaraq, Azərbaycan prezidenti cənab İlham Əliyevin təklifləri əsasında regional sülh yaranır. ABŞ-da bu regional sülhün əldə edilməsinə töhfə verir. Azərbaycanla Ermənistan arasında siyasi əlaqələrin normallaşması razılaşdırılacaq. Bu görüşün sonu olaraq Zəngəzur dəhlizinin açılması reallaşır".
Süleyman