Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin təxminəm 108,6 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, 7 ayda xarici vətəndaşlara Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği isə 5 milyon 874 min manat təşkil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş