Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir



Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Newscenter.az xəbər verir ki, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:10-da Bakı–Xırdalan, 08:40-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir.

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.

Süleyman
Xəbəri paylaş