
Rusiya Qərb ölkələrinin MAQATE-də İranla bağlı qətnamə layihəsini təxribat adlandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiya XİN sözçüsü hesab edir ki, MAQATE-nin qərarı agentliyin etimadına ciddi zərbədir:
"Bu həm də İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar prosesinə zərbə vurmaq cəhdidir. Bu kimi qərarlar qarşılıqlı-faydalı əməkdaşlığa ziddir".
Qeyd edək ki, rəsmi Tehran isə MAQATE-nin qərarlarına rəğmən nüvə proqramını davam etdirəcəyini açıqlayıb.
Cavid









































