
Rusiyanın kömür sektorunda itkilər ilin sonuna kimi 350 milyard rubla çata bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Energetika Nazirliyinin Kömür Sənayesi Departamentinin direktoru vəzifəsini icra edən Dmitri Lopatin Dövlət Şurasının energetika üzrə iclasında çıxışı zamanı deyib. O bildirib ki, hazırda sənayedə fəaliyyət göstərən şirkətlərin 74%-i gəlirsizdir.
"Rosstatın məlumatına görə, itkilər 263 milyard rubl təşkil edir. İlin sonuna qədər biz 350 milyard rubl zərər gözləyirik. Hazırda müəssisələrin 74%-i rentabellidir, 23-ü isə artıq hasilatı dayandırıb. Kömür hasilatı artıq üçüncü ildir ki, azalır",-deyə o bildirib.
Cavid İmaməliyev









































