
EkoAvrasiya Fondunun Idarə Heyətinin sədri Hikmet Eren Gürcüstanın Türkiyədəkisəfiri cənab Arçil Kalandiya ilə görüşüb.
Newscenter.az xəbər verir ki, diplomatik nümayəndəlikdə baş tutan görüşdə Kalandia ilə müzakirədə bugünkü şəraitdə Türkiyə və Gürcüstan arasında dərin dostluğa əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atıla biləcək addımlardan danışılıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, 3 milyard dollarlıq ticarət həcminin 5 milyard dollar hədəfinə çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu kimi “Orta Dəhliz”i gücləndirən strateji layihələr və regional sabitliyi möhkəmləndirən təşəbbüslərlə bağlı hərtərəfli müzakirə aparılıb.
Bundan başqa, görüşdə Gürcüstanın regionda ticarət, logistika və nəqliyyat mərkəzi olmaq vizyonunu və bu sahədə liman, dəmir yolu və magistral infrastrukturunun müasirləşdirilməsi səyləri qiymətləndirilib. Bu kontekstdə Ankara-Tbilisi istiqamətində birbaşa uçuşların bərpa edilməsinin mədəni, ticari və turizm əlaqələrinə gətirəcəyi faydalara toxunulub.
Süleyman









































