
"Bu gün Ədliyyə Nazirliyinin rəhbərliyi ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq son dərəcə məsuliyyətli, tələbkar və sistemli islahatlar həyata keçirir".
Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, insan resurslarının düzgün idarə olunması, sağlam kadr korpusunun formalaşdırılması, peşəkarlığın artırılması, şəffaflığın təmin edilməsi, xidmətlərin elektronlaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi bu siyasətin əsas prioritetlərindəndir:
"Nazirlik rəhbərliyi hər bir əməkdaşa göstərilən diqqət və qayğı ilə həm nizam-intizamı gücləndirir, həm də motivasiya yaradır. Bu qayğı sayəsində ədliyyə işçisi özünü yalnız bir əməkdaş kimi yox, dövlət sistemi üçün dəyərli bir insan kimi hiss edir. Ədliyyə Nazirliyinin indiki inkişaf mərhələsi həm də yeni nəsil hüquqşünasların yetişməsi, onların peşəkar potensialının açılması, ədalət sistemində institutlaşmanın möhkəmlənməsi deməkdir. Bu gün Azərbaycan Ədliyyəsi təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də müasir, innovativ və dayanıqlı dövlət qurumu kimi tanınır. Bu uğurun arxasında minlərlə ədliyyə işçisinin gecə-gündüz fədakar əməyı, peşəsinə olan sədaqəti və dövlətə bağlılığı dayanır".
Süleyman









































