Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Təhlükəsizlik Şurasından təhdid: Ermənistan 2013-2014-cü illərdəki Ukrayna təcrübəsini təkrarlayır

Rusiya Təhlükəsizlik Şurasından təhdid: Ermənistan 2013-2014-cü illərdəki Ukrayna təcrübəsini təkrarlayır


Ermənistan, mahiyyət etibarilə, Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarlayır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibinin müavini Aleksey Şevtsov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bildirib.

O, Yerevanın eyni yolu tutub oxşar vəziyyətə düşməsinin qarşısını alması üçün düşünməli olduğunu deyib.

"Bu yaxınlarda həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın mahiyyət etibarilə 2013-2014-cü illərdəki Ukrayna təcrübəsini təkrarladığını söylədilər. Ermənistanda Ukraynada baş verənlərin bir daha təkrarlanmamsı üçün çox düşünməliyik",-deyə Şevtsov söyləyib.

Süleyman
Xəbəri paylaş