Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Təhlükəsizlik Şurası: Ermənistan Avropa İttifaqını seçəcəyi təqdirdə itkiləri böyük olacaq

Rusiya Təhlükəsizlik Şurası: Ermənistan Avropa İttifaqını seçəcəyi təqdirdə itkiləri böyük olacaq


Ermənistanın Avropa İttifaqını seçəcəyi təqdirdə turizm sənayesində çəkə biləcəyi 1,5 milyard dollarlıq itkilər, Aİ-nin Yerevana təklif etməyi planlaşdırdığı 2-3 milyon avro ilə müqayisə edilə bilməz. Bundan əlavə, bu, respublikanın belə bir ssenaridə çəkəcəyi ümumi itkilərin yalnız kiçik bir hissəsidir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibinin müavini Aleksey Şevtsov deyib. O Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində verdiyi müsahibədə bildirib ki, Ermənistan təbii qaza olan tələbatının ödənilməsində də problem yaşaya bilər:

"Ermənistanın Rusiyadan aldığı qazın həcminin 2-3 milyard kubmetr olduğunu nəzərə alsaq, sadə bir hesablama göstərir ki, Ermənistan əlavə 1 milyard dollar, bəlkə də daha çox pul tapmalı olacaq. Bundan əlavə, vətəndaşların Rusiyadan göndərdiyi pullar 3,9 milyard dollar təşkil edir. Rusiyalı turistlər respublikanın ÜDM-nin təxminən 13-15%-ni təşkil edir və son statistikaya görə, bu rəqəm təxminən 40%-dir. Ümumiyyətlə, bu, turizmlə bağlı bütün əlaqəli sahələrə otellər, restoranlar, suvenirlər, sadə insanlara belə təsir edəcək. Bütün bunlar Ermənistan üçün 1,5 milyard dollar itki deməkdir".

Şevtsov deyib ki, Aİ Ermənistana kömək etmək niyyətindədir və Ermənistanın Şengen zonasına keçməsi üçün 2-3 milyon avro ayıracağına söz verib:

"2-3 milyon avro ilə 1,5 milyard avronu müqayisə etsək, onlar bir-biri ilə tam müqayisə edilə bilməz".

Arzu
Xəbəri paylaş