
Rusiya Federasiyasında "Cinayətlərin Qarşısının Alınması Sisteminin Əsasları haqqında" qanuna yeni müddəalar əlavə olunub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunlar hərbi xidmətdən yayınmanın qarşısının alınmasına və ona qarşı mübarizəyə, eləcə də tarixi həqiqətin təhrif olunmasına qarşı mübarizəyə yönəlmiş müddəalardır .
Müvafiq dəyişikliklər "Rusiya Federasiyasında Cinayətkarlığın Qarşısının Alınması Sisteminin Əsasları haqqında" 162-FZ saylı Federal Qanuna edilmiş və 5 iyun tarixində qüvvəyə minmişdir. Hakimiyyət orqanları qanun pozucuları ilə profilaktik söhbətlər apara, xəbərdarlıqlar edə və onları profilaktik müşahidə siyahısına daxil edə biləcəklər.
Məlumat üçün qeyd edək ki. qanun layihəsi yanvar ayında Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarevin rəhbərlik etdiyi bir qrup deputat tərəfindən təqdim edilib. Piskarev əvvəllər qeyd etmişdi ki, dost olmayan ölkələrin kəşfiyyat xidmətləri Rusiyanın tarixini saxtalaşdırmaq və ictimai rəyi manipulyasiya etmək, qanunsuz davranışlara təhrik etmək üçün təxribatçı səylərini davam etdirir. Onun sözlərinə görə, cinayətkarlığın qarşısının alınması sisteminin təkmilləşdirilməsi milli maraqların və ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunması tədbirlərinin effektivliyini artıracaq.
Deputat qeyd edib ki, bu, həm də Vətənin müdafiəsindən yayınmağa yönəlmiş dağıdıcı təbliğatın qarşısını almağa kömək edəcək.
Şeyda












































