Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan KTMT-yə qayıtmayacaq: Paşinyan

Ermənistan KTMT-yə qayıtmayacaq: Paşinyan


Ermənistan KTMT-yə qayıtmayacaq və lazım gəldikdə təşkilatdan çıxmaq qərarı verəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı bildirib.

"Biz qərar verəcəyik və gedəcəyik. Ancaq xarici agentlər nə vaxt gedəcəyimizə qərar verməyəcəklər", - deyə o bildirib.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Paşinyan Yerevanın KTMT-dəki iştirakını dondurduğunu elan edib və təşkilatın respublikanın suverenliyinə təhdid yaratdığını deyib. 2024-cü ilin oktyabr ayında isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda Yerevanın KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri qiymətləndirdiyini bildirib. Həmin ilin dekabr ayında Ermənistanın baş naziri İrəvanla KTMT arasındakı münasibətlərin geri dönüş nöqtəsini keçdiyini söyləyib.

Şeyda
Xəbəri paylaş