
2026-cı ilin yanvar-iyul aylarında Özbəkistanda 529 iş qəzası baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyinin mətbuat xidməti məlumat verib.
Qəzalar nəticəsində 580 nəfər xəsarət alıb. Onlardan 402-si ağır, 22-si yüngül, 156-sı isə ölüb. Ən çox qəza sənayedə - 168 və tikintidə - 159 qeydə alınıb. Ticarət və xidmət sahələrində 22, nəqliyyat və logistika sahələrində 20, səhiyyədə 16, kənd təsərrüfatı və su təsərrüfatında 15, təhsildə isə 14 qəza baş verib.
Regionlara görə Daşkənd şəhərində 95, Daşkənd vilayətində 58, Kaşkadərya bölgəsində 38, Buxarada 34, Əndican və Səmərqənddə 33, Nəvaidə isə 31 qəza qeydə alınıb.
Həmçinin bildirilib ki, Fərqanədə 23, Qaraqalpaqstanda 20, Sırdəryada 19, Namanqanda 18, Cizzax və Surxandəryada 16, Xorazmda isə 13 qəza qeydə alınıb.
İlk altı ayda iş qəzalarından 494 nəfər xəsarət alıb, 137 nəfər ölüb. Beləliklə, iyul ayı da daxil olmaqla, qəzaların ümumi sayı 82, yaralananların sayı 86, ölənlərin sayı isə 19 artıb.
Süleyman












































