
Hörmüz boğazından keçən gəmiçilikdə fasilələr bu ilin dekabr ayına qədər davam edərsə, Böyük Britaniya iqtisadiyyatında 2027-ci ildə heç bir artım baş verməyəcək.
Newscenter.az xəbər verir ki, bu barədə BBC Böyük Britaniya Maliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Departament tərəfindən aparılan və Baş nazir Endi Börnehə təqdim edilən təhlil göstərib ki, 2027-ci ilin sonuna qədər ölkənin ÜDM-i cəmi 0,3% arta bilər.
EY konsaltinq şirkətinin əvvəllər bildirdiyi kimi, əgər Hörmüz boğazı gələn ilin yazına qədər bağlı qalarsa, Britaniya iqtisadiyyatı hətta tənəzzüllə üzləşə bilər və ilin sonuna qədər 0,2% azalacaq.
Anar











































