Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər


Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və Tacikistanın Özbəkistandakı səfiri Nəsrəddin İsmətullo Daşkənddə keçirilən görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" sosial şəbəkəsində bildirib.

"Görüş zamanı Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Özbəkistanda diplomatik fəaliyyət çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Tərəflər regional əməkdaşlığın genişləndirilməsi məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

İki ölkənin səfirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə və təcrübə mübadiləsinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Anar
Xəbəri paylaş