Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Meksika arasında mədəni əlaqələr müzakirə olunub

Azərbaycanla Meksika arasında mədəni əlaqələr müzakirə olunub



Azərbaycanla Meksika arasında mədəni əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə olunub.

Newscenter-az xəbər verir ki, sözügedən müzakirə Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevin bu ölkənin Diplomatik Tarix Arxivini ziyarəti zamanı aparılıb.

Ziyarətə dair məlumat idarənin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, S. Fətəliyev arxivin baş direktoru Gerardo Gil Valdivia ilə görüşüb. Görüşdə mədəni əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, hər iki ölkənin diplomatik yaddaşının qorunub saxlanılması və mühafizəsi barədə fikir mübadiləsi aparılıb.

Arzu
Xəbəri paylaş