Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ahiska Türkləri - İtirilmiş Sürgünün İzində" mövzusunda sərginin açılışı olub

Ahiska Türkləri -  İtirilmiş Sürgünün İzində" mövzusunda sərginin açılışı olub



Bu gün Milli Azərbaycan Tarixi muzeyində Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində "Ahiska Türkləri - İtirilmiş Sürgünün İzində" mövzusunda sərginin açılışı olmuşdur.

Newscenter-az xəbər verir ki, sərgi 1944-cü ildə Ahıska türklərinin doğma torpaqlarından sürgün edilməsinin tarixinə və buraxdığı izlərə həsr olunub.

Açılış mərasiminə dövlət nümayəndələri, ictimai xadimlər, QHT rəhbərləri dəvət olunmuşdur.

O cümlədən, Türk Dünyası Araşdırmalar Vakfının Azərbaycan təmsilçisi Yusif Ziya Dəmirçi, ATXƏM İB-nin sədri İlham İsmayılov, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İB-nin sədri Şəmistan Əlizamanlı və digərləri tədbirdə iştirak etmişlər.

Sərgidə Ahıska türklərinin həyat hekayələri, sürgün illərinin xatirələri və ana vətənə qayıdış arzusu əsas mövzu olaraq irəli sürülmüşdür.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgün və Dünya Ahiskalı Türklər Birliyinin Ümumi Sədri Ziyatdin Kassanov çıxış edərək, Ahıska türkləri ilə bağlı tarixi yaddaşın qorunmasının əhəmiyyətini, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi diqqət və dəstəyi, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini xüsusilə qeyd etmişlər.

İ.İsmayılov uzun illər əvvəl ATXƏM-in qonağı olmuş, Dünya Ahiskalı Türklər Birliyinin Ümumi Sədri Ziyatdin Kassanovla səmimi söhbət edərək, gələcəkdə Türkdilli xalqlar arasında, o cümlədən Ahiska Türkləri ilə əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Süleyman
Xəbəri paylaş