Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATXƏM Türkiyədən gələn nümayəndə heyəti ilə birlikdə əbədi-bədii proqram təşkil edib

ATXƏM Türkiyədən gələn nümayəndə heyəti ilə birlikdə əbədi-bədii proqram təşkil edib


Avqustun 18-dən ölkəmizə böyük bir heyətlə Qafqaz İslam Ordusunun Azərbaycanı rus bolşevik və erməni daşnak qüvvələrindən azad etməsinin ildönümü münasibətilə səfər etmiş İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi proqram çərçivəsində Qarabağ bölgəsini ziyarət edərək, işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işləri ilə tanış olmuşlar.

Newscenter-az xəbər verir ki, daha sonra tədbir iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını, Fəxri Xiyabanı ziyarət etdilər. Qonaqlar İkinci Fəxri Xiyabanda milli qəhrəmanlar Mübariz İbrahimovun, Murad Mirzəyevin, general Polad Həşimovun və 44 günlük Vətən müharibəsində həlak olmuş Rəşad Zeynallı, Elşən Müslümov, Elvin İslamov, Sənan Abdullayev, Tural Zeynalov, Feyruz Hacılı, Cavid Həsənov, Yusif Nəcəfov və digər şəhidlərimizin məzarlarını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Eyni zamanda qonaqlar Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist, millət vəkili Qənirə Paşayevanın da məzarını ziyarət etdilər.

Tədbir ATXƏM İB-nin təşkil etdiyi ədəbi-bədii proqramla davam etdi.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov çıxış edərək rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq 15 sentyabrda Bakının işğaldan azad edilməsinin ildönümünü hər il bir bayram kimi qeyd etdiyini vurğuladı.

İ. İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Nuru Paşanın rəhbərliyi altında Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasının tarixi əhəmiyyətini qeyd edib, misilsiz qəhrəmanlıqlarından danışdı. O, Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunaraq, qeyd etdi ki, iki ölkə arasındakı münasibətlər bütün dünya üçün bir örnəkdir.

İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin sədri Səfər Karakoyunlu çıxış edərək, dərnək adından ATXƏM sədri İ.İsmayılova səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədi olduğunu qeyd etdi. Qonaqlar şəhid ailələrinə təşəkkürnamə və xatirə hədiyyələri təqdim etdilər.

Tədbirin bədii hissəsində, xalq şairi Vahid Əziz, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və tanınmış aktyor Midhət Aydin çıxış etdilər.

Tədbirdə Qafqaz İslam Ordusunun xilaskar missiyasının ildönümü ilə bağlı gələn qonaqların şərəfinə ziyafət verildi.


Süleyman
Xəbəri paylaş