Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub




Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub.

Newscenter-az xəbər verir ki, müzakirə Azərbaycanın Kosta Rikadakı səfiri Seymur Fətəliyevin bu ölkənin Qanunvericilik Assambleyasının Beynəlxalq əlaqələr və xarici ticarət komissiyasının sədri Xose Miqel Viyalobos ilə görüşdə aparılıb.

"Kosta Rika Qanunvericilik Assambleyasının deputatı və Beynəlxalq əlaqələr və xarici ticarət komissiyasının sədri Xose Miqel Viyalobos ilə görüşdə iki dost ölkənin parlamentləri arasında əlaqələrin gücləndirilməsinin, o cümlədən parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb", - səfirliyin "X" sosial media hesabında edilən paylaşımda bildirilib.

S. Fətəliyev həmçinin Kosta Rikanın xarici işlər nazirinin müavini Aleksandr Penyaranda ilə də görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Anar
Xəbəri paylaş