Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan arasında QHT-lər sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında QHT-lər sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib


2026-cı il sentyabrın 18-də Azərbaycan Respublikasının QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Senatının rəhbəri Əlişir Əzəmxocayev, Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxocayev, Özbəkistan Respublikasının Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek Nişonoviç, eləcə də Buxara şəhərinin hakimi Qurban Tursunovla görüşüb.

Newscenter.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan və Özbəkistan arasında vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, QHT-lər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin Özbəkistanın müxtəlif regionlarında həyata keçirilməsi imkanları müzakirə olunub.

Süleyman
Xəbəri paylaş