Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məsuliyyətlə dolu siyasi həyat

Məsuliyyətlə dolu siyasi həyat


"YAP Azərbaycan üçün çox böyük işlər görə bildi. Bir dövlətin məsuliyyətini öz üzərinə götürmək ağıl, təcrübə, cəsarət, müdriklik və qətiyyət tələb edir. O zaman da çox böyük risklərlə üz-üzə qalmışdıq. 1992–93-cü illər dövlət olaraq siyasi taleyimizin ən təhlükəli və məsuliyyətli anları idi. Belə bir şəraitdə məsuliyyəti öz üzərinə götürmək, dövlətçilik təcrübəsi, vətənpərvərlik irsi, vətənə, xalqına, milli dəyərlərinə bağlılıq nümunəsinə ehtiyac var idi. Bu siyasi keyfiyyətlərin hamısı Heydər Əliyevdə var idi. Əslində, Heydər Əliyev özü böyük bir partiya, böyük siyasi məktəb idi".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramin Hüseynov deyib. Onun sözlərinə görə, qarşıya qoyulan məqsədlərdən biri dövlət müstəqilliyinin möhkəmlənməsi idi, ona nail oldular:

"Hüquqi və dünyəvi dövlət quruculuğu idi, o da həyata keçib. Vətəndaş cəmiyyətinin inkişafı, sosial ədalət, milli həmrəyliyə ehtiyac var idi, ona da nail olduq. O cümlədən, siyasi sabitlik, milli maraqlar, dövlətin inkişaf strategiyası, bütün bu vacib siyasi inqrediyentlərin hamısı qazanıldı.Heydər Əliyev qurucu olaraq təşkilat strukturlarını, ideoloji istiqamətlərini və siyasi fəaliyyətin prinsiplərinin formalaşmasını həyata keçirib. İlham Əliyevin dövründə həmin siyasi xəttin davamlılığı ilə yanaşı, yeni siyasi reallıqlara uyğunlaşdırılan, müasir standartlara cavab verən suveren, qüdrətli, Zəfər ölkəsi quruldu".

Mərkəz rəhbəri deyib ki, partiyada liderlərin faktoru çox önəmlidir:

"Güclü, böyük düşüncə sahibi olan lider böyük nailiyyətlər əldə edir. Artıq hər şey göz qabağındadır. Azərbaycan müstəqil, azad, suveren, qürurlu, Zəfər ölkəsidir. Bu gün YAP-ın 8-ci qurultayıdır. Həm qurultaya, həm YAP - a uğurlar arzu edirəm. YAP-ın və ölkənin lideri İlham Əliyevə Zəfərdən sonrakı dövlət quruculuğu mərhələsinə uğurlar diləyirəm.
Azərbaycan diplomatiyasının yeni regional və qlobal imkanlarında möhkəmləndirmək, qarşıda duran milli maraqların təmin edilməsi üçün nəzərdə tutulan plan-proqramların həyata keçirilməsində uğurlu töhfələr, böyük nailiyyətlər arzu edirəm. Bu görülən işlər Vətənimiz üçündür. Bu qazanılan uğurları yalnız vətənpərvərlər başa düşür. Vətənə, millətə xidmət edən bütün YAP-çıları təbrik edirəm. Sizin ən böyük xoşbəxtliyiniz liderlərinizin üzərində qurulub".

Süleyman
Xəbəri paylaş