Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fövqəladə hallara hazırlıqla bağlı təlim keçirilib

Fövqəladə hallara hazırlıqla bağlı təlim keçirilib


Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin (FHN) birgə təşkilatçılığı ilə Bakı şəhəri 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva, Nizami Fərəcov, Toğrul Vəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova və digər qonaqlar iştirak ediblər.

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanmasınmasından ibarətdir.

Tədbir nəzəri və praktiki hissədən ibarət olub.

FHN-in əməkdaşları nəzəri hissədə təlim iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarx nümayiş etdiriblər.

Sonra təlimin praktiki hissəsinə start verilib.

Təlimdə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, yanğınla mübarizə tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə ilkin yardım göstərilib.

Məktəblilər təlimdə fəal iştirak edib, fövqəladə hallarda davranış qaydaları ilə bağlı real hərəkətləri yerinə yetiriblər.

Qeyd edək ki, müvafiq təlimlər BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil müəssisələrində də davam etdiriləcək.

R.Mehdiyeva
Xəbəri paylaş