Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əkin sahələrini su basdı

Əkin sahələrini su basdı


Türkiyədə yağan güclü leysan yağışlar əkin sahələrinin su altında qalmasına səbəb olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, yağışlı havadan daha çox Konya ziyan görüb.

Belə ki, Konyanın Karapınar rayonunda yağan leysan yağışlar nəticəsində əkin sahələri su altında qalıb, rayon mərkəzində daşqınlar baş verib.

Həmçinin, Karapınarda 2 gündür davam edən güclü yağış nəticəsində əkin sahələri su altında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddi ziyan dəydiyi bildirilib.

Türkiyənin ən quraq və ən az yağışlı bölgəsi olan Karapınarda 1 gündə aylıq normadan artıq yağıntının düşdüyü qeyd edilib.

Anar Əliyev
Xəbəri paylaş