Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan COP29 çərçivəsində müxtəlif mövzuları aktuallaşdırır

Azərbaycan COP29 çərçivəsində müxtəlif mövzuları aktuallaşdırır


"İqlim dəyişiklikləri müasir dövrün ən aktual və həll edilməsi olduqca mürəkkəb problemlərindən biridir. Eko sistemin çirklənməsi müxtəlif səbəblərdən qaynaqlansa da, onun nəticələri ümumi konteksdə bəşəriyyəti narahat edir. Çünki, qlobal istiləşmə artdıqca ona bağlı təbii fəlakətlərin sayında və şiddətliyində ciddi artım müşahidə olunur".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə planetimizi düşündürən taleyüklü məsələlərin həllində moderatorluq edir:

"Əldə olunan razılaşmalar və qəbul edilən qərarlar onu deməyə əsas verir ki, Bakı platforması qarşıya qoyulan hədəflərə nail olub".

Pərviz Mirizadə deyib ki, Azərbaycan COP29 çərçivəsində müxtəlif mövzuları aktuallaşdırır:

"Xüsusilə iqlim dəyişikliklərinin mənfi təsirlərinə daha çox məruz qalan kiçik ada dövlətlərinə dəstək nümayiş etdirilməsi onu deməyə əsas verir ki, ölkəmiz problemlərin həllində real nəticələrə fokuslanıb. Çünki sözügedən ölkələr uzun müddət təktərəfli yanaşmaların qurbanı olub və qeyri-təbii vasitələrlə torpaqları çirklənməyə məruz qalıb. Hesab edirəm ki, Bakı platforması bundan sonra həmin ölkələr və xalqlar üçün hər zaman mayak rolunu oynayacaq".

Süleyman
Xəbəri paylaş