Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ağası gülüm olanın başına külüm olar”... -VAQİF ABDULLAYEV YAZIR

“Ağası gülüm olanın başına külüm olar”...


Anna Hakobyanın əmin olsun ki, Mehriban Əliyeva Şuşada, Xankəndində Muğam Mərkəzi də açacaq, Beynəlxalq Muğam Festifalı da təşkil edəcək...

... Ermənistanın baş naziri Nikol Paşınyanın sayıqlamalarına və sicilləmələrinə deyəsən həyat yoldaşı da qoşulub. Yerini və çəkisini bilməyən bu qadınçığaz da dil çıxarmağa başlayıb deyəsən. Paşinyanın arvadı Anna Hakobyan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət edib. Bu barədə bir qədər sonra.

... Əsli-nəcabəti bilinməyən Hakobyanın erməni cəmiyyətində özünü "qadın lider" kimi təqdim etməyə çalışması həm parodiyadır, həm də tragikomediya. Son ildə 3-4 ölkəyə səfər etməklə, erməni xeyriyyə cəmiyyətlərinin ianələri hesabına görgəminə əl gəzdirməklə, qılafını dəyişdirərək bahalı geyimlər geyinibb xaricdə bir-iki kübar məclisdə əyləşməklə özünü xeyirxah və kübar obrazda göstərməyə çalışan bu qadın anlamır ki, kübarlıq, ziyalılıq var-dövlətlə, bahalı geyim-keçimlə deyil, əsil-nəcabətlə, genlə-qanla bağlıdır.

... Hakobyan aldığı ailə tərbiyəsinə, yetişdiyi mühitə, dönüb yaxın keşmişinə baxmaqla kiminlə müqayisə apardığını yaxşı anlayar. İnsanın kübarlığı, əsli-nəcabəti onun nəslindən, soyundan gələn bir dəyərdir, kübarlıq təkcə davranışda, hərəkətlərdə deyil, insanın məxsus olduğu gendən gəlir, aldığı ailə tərbiyəsindən qaynaqlanır. Bu, həm də Böyük Yaradanın insanlara verdiyi müqəddəs bir nemətdir. Bu isə hər kəsə qismət olmur, ələxsus da xisləti və mənəviyyatı natəmiz olan ermənilərə.

... Mehriban xanım Əliyeva yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik bir ailədə doğulub və tərbiyə alıb. Təvazökar, sadə və ziyalı bir ailədə tərbiyə almış, həmin mühitdən bəhrələnmiş, sonra isə dünyəvi siyasi bir ailədə - Ulu öndər Heydər Əliyev ailəsində siyasətçi kimi püxtələşmişdir. Mehriban xanımın formalaşdığı mühit Azərbaycanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni başqa amillərlə yanaşı, həm də iki konkret ailənin – Paşayevlər ilə Əliyevlərin qohum olmasının nəticəsidir. Mehriban Əliyeva istər aldığı tərbiyəyə, istər əsil-nəcabətinə, istərsə də təhsilinə görə Azərbaycanın milli elitasının görkəmli nümayəndəsidir.

... UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görməkdədir. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, MDB-də, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Məhz bir çox ölkələrin birinci xanımları Onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. Anna Hakobyan da Mehriban Əliyevaya həsəd aparır, xüsusilə də Onun liderlik keyfiyyətlərini təlqin etməyə çalışaraq rola girmək istəyir, imitasiya ilə məşğul olmaq istəyir. Ancaq Onun genetikası, tərbiyə aldığı ailənin rolu, mənəvi təbiəti, intellektual təfəkkürü buna qətiyyən imkan vermir.

... Mehriban xanım Əliyeva dünyada humanitar missiyaların çarçısı, diplomatiya aləmində iz qoymuş liderdir, dövlət xadimidir. Beynəlxalq təşkilatlar Mehriban Əliyevanın çoxsahəli və miqyaslı fəaliyyəti ilə müstəqil dövlətin və xalqın rifahının yaxşılaşdırılması işinə verdiyi töhfəni layiqincə qiymətləndirirlər. Onun zəngin fəaliyyəti dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları, dövlətlər və dövlət başçıları tərəfindən yüksək qiymətləndirilib. Onun təltif edildiyi orden və medalların, ali titulların sayı Hakobyanın yaşından çoxdur.

... Paşınyanın arvadı özünün ictimai statusunun, dünya miqyasında sosial və humanitar çəkisini sıfıra bərabər olduğunu bilsə də, qadın liderlərinin cərgəsinə qoşulmağa can atır, müxtəlif dolaşıq və savadsız fikirlər söyləyir. Onun müraciətləri hətta öz ölkəsinin erməni qadınları tərəfindən rişxəndlə qarşılanır, erməni Anaları bu qadını lənətləyir.

... Deyir “Ağası gülüm olanın başına külüm olar”. Hakobyanın müraciət edib anlaşa biləcəyi şəxslər Livandakı erməni fondlarına pul keçirən “məşhur” erməni qadınları, ən yaxşı halda dünyada bir nömrəli yataq qadını olan Kim Kardaşyan ola bilər. Hakopyan özünün yerini və məqamımı anlamırsa, onun əri kimi sadəcə ağıl böhranı keçirdiyini söyləmək olar.

... Və Hakobyan əmin olsun ki, Mehriban Əliyeva Şuşaya, Xankəndinə, Qarabağın bütün guşələrinə gedəcək. Azərbaycan gec-tez öz torpaqlarını faşist Paşinyan rejimindən azad edəcək və Mehriban xanım Qarabağda Muğam Mərkəzi də açacaq, Beynəlxalq Muğam Festifalı da təşkil edəcək. Azərbaycanın xanəndələri Qarabağ torpağında Qarabağ şikəstəsini oxuyacaq, Xan əminin səsi Onun yetirmələrinin dilindən yenidən səslənəcək.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş