Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ-nin missiyası regionda yeni gərginlik yaratmağı hədəfləyib

Aİ-nin missiyası regionda yeni gərginlik yaratmağı hədəfləyib


Məlum olduğu kimi Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyası Azərbaycanla sərhəddə fəaliyyətini intensivlışdirib. Bu günlərdə Zəngilanla sərhədə gələn missiya oradan Azərbaycan ərazilərini müşahidə edib.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Avropa İttifaqının missiyası regionda yeni gərginlik yaratmağı hədəfləyib:

"Aİ missiyası Ermənistan sərhədində peyda olan gündən sözügedən missiya davamlı olaraq Azərbaycana qarşı təxribatlara rəvac verib. Bir müddət əvvəl missiyanın üzvü olan dövlətlərdən birinin nümayəndəsi guya səhvən, yolu azaraq Azərbaycana sərhədini keçməyə cəhd göstərdi. Daha sonra missiya Azərbaycanla sərhədə gələrək ərazilərimizi müşahidə etdi. Göründüyü kimi başda Avropa İttifaqı olmaqla onun müşahidə missiyası regionda yaranmış kövrək sabitlik və sülh imkanlarını pozmağa, Cənubi Qafqazda yeni bir gərginlik, münaqişə yaratmağa çalışır. Ən son onların Zəngilanla sərhəddə peyda olmaları da məhz buna hesablanıb".

İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfi də Aİ missiyasının təxribat yaratmaq, regionda gərginliyi artırmaq planlarına şərikdir:

"Təəssüflər olsun ki, bu kimi təxribatlar da öz növbəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olur. Aİ missiyasının təxribatlarına Ermənistanın da şərik olması onu deməyə əsas verir ki, İrəvan həmişə olduğu kimi yenə də sülhdən yana deyil".

Süleyman
Xəbəri paylaş